2017-ci ilin oktyabrın 30-dan noyabrın 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Keşlə bələdiyyəsində vətəndaşların müraciətlərinin operativ daxil ola bilməsi üçün 514-83-88 â„–-li “Qaynar xətt” təşkil olunmuş və “Açıq qapı” günləri elan edilmişdir. Küçələrə “Yerli demokratiya həftəsində fəal iştirak edək”, “Bələdiyyə-vətəndaş, vətəndaş-bələdiyyə əlaqələrini möhkəmləndirək”, “Vətəndaşların yerli özünüidarəetmədə iştirakını təmin edək”, “Yerli vergiləri vaxtında ödəyək, problemləri həll edək” şüarları yazılmış plakatlar asılmışdır. əhalinin sıx olduğu yerlərdə elan lövhələri vurulmuşdur. Bələdiyyənin inzibati binasında və əlavə olaraq qəsəbənin 2 müxtəlif yerində bələdiyyənin “Poçt qutusu” quraşdırılmışdır. Qaynar xəttə 12 zəng olmuş, 44 sakin bələdiyyə rəhbərliyi tərəfindən qəbul edilmişdir.
“Azərbaycanda Yerli Demoktariya Həftəsi” çərçivəsində 3 açıq və 3 qapalı iclaslar keçirilmişdir.
Görüşlərdə cəmi 830 sakin iştirak etmişdir. iclaslarda bələdiyyə sədri ə.Z.Bafadarov 2016-cı ildə və 2017-ci ilin 9 ayı ərzində görülmüş işlər barədə hesabat vermiş və 2018-ci ildə görüləcək işlər barədə sakinləri məlumatlandırmışdır. Bu iclaslarda vətəndaşların arzu və təklifləri dinlənilmiş, onların şikayətlərinə baxılmış, imkan daxilində köməklik göstərilmiş, suallarına cavablar verilmiş və lazımı ünvanlara yönəldilmişdir.
Görüşlərdə qəsəbə sakinləri, ağsaqqallar, YAP nümayəndələri və qəsəbənin gəncləri iştirak etmişlər. Sonda bələdiyyə sədri görüş iştirakçılarına təşəkkür etmişdir.
Nizami Rayon Keşlə bələdiyyəsi .
|
|
|
|
|
|
|
|
|
|
|
|